REGİONLAR


“Təhsil avtobusu” yay məktəbinin ilk ünvanı Qubadır VİDEO

Quba, 24 iyul, Elxan Yusifli, AZƏRTAC

İyulun 24-də Qubada "Azərbaycan üçün Öyrət" təhsil proqramı çərçivəsində artıq ikinci ildir ki, həyata keçirilən “Təhsil avtobusu–2017” yay məktəbinə start verilib.

AZƏRTAC xəbər verir ki, təhsil nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində yay məktəbinin iyulun 24-dən 31-dək davam edəcəyi bildirilib. “Təhsil avtobusu-2017” yay məktəbi Bakı-Quba-Masallı-Sabirabad-Gəncə-Mingəçevir-Zaqatala-İsmayıllı-Bakı marşrutu üzrə səyahət edəcək.

Yay məktəbi çərçivəsində ölkənin 8 bölgəsində yaşayan gənclər, eləcə də orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri təlimçi və ekspertlər tərəfindən keçiriləcək karyera, fərdi inkişaf təlimləri və intellektual yarışlara qatılacaqlar.

Açılış mərasimində diqqətə çatdırılıb ki, “Azərbaycan üçün Öyrət” ölkəmizdə təhsilin inkişafı üzrə dövlət strategiyasını dəstəkləyərək, keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil proqramıdır. 2016-cı ildə keçirilən “Təhsil avtobusu” yay məktəbi çərçivəsində 8 gün ərzində 2 min kilometr yol qət edilərək, Bakı şəhəri və 4 rayonun (Lənkəran, Quba, Gəncə və Şəki) məktəblərinin 200-dən çox şagirdi layihəyə cəlb edilib. Bu günlər ərzində təlimçi və ekspertlər tərəfindən 100 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.

Sonra layihənin icrasına start verilib. Ümumilikdə, Qubanın orta ixtisas və ali təhsil müəssisəsindən olan akademik göstəriciləri orta tələbələr üçün “Mənim uğurlu karyeram”, “İKT karyerası”, “My Future is STEAM”, “Sığortalanan gələcək” və “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar.

“Təhsil avtobusu-2017” yay məktəbi Təhsil Nazirliyi, “ENGİN” şirkətinin, “Kapital Bank”ın təşkilatçılığı, “Bakcell”, “Qala Express” MMC, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Edutainment.az”, “İstək” liseyi, “SABAH” qrupları, “Şərq-Qərb” Nəşriyyat və Poliqrafiya Evi, “Təhsil TV” və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə həyata keçirilir.

Yay məktəbinin növbəti ünvanı Masallı şəhəri olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.