ELM VƏ TƏHSİL


“Təhsil haqqında” Qanunda dəyişikliklər qəbul edilib

Bakı, 13 iyun, AZƏRTAC

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Təhsil haqqında” Qanunda dəyişikliklər layihəsi müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, layihə barədə elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev məlumat verib.

Layihəyə əsasən, qanuna bu məzmunda 26.5-1 maddəsi əlavə edilir. Həmin maddədə deyilir: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

Layihə səsə qoyularaq qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.