ELM VƏ TƏHSİL


Təhsil menecerlərinin peşəkar inkişafı ilə bağlı keçirilən müsabiqə başa çatıb

Bakı, 20 iyul, AZƏRTAC

Təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə bu sahədə işləyən və ya gələcəkdə çalışmaq arzusunda olan şəxslərin Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması üzrə keçirilən müsabiqə başa çatıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, namizədlərin nəticələri ilə bağlı məlumatlar onların elektron poçt ünvanlarına göndəriləcək. Müsabiqə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq həyata keçirilib.

“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsinin əsas məqsədi ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək müasir idarəetmə bacarıqlarına, informasiya texnologiyalarına bələd olan təhsil işçilərini yetişdirmək və təkmilləşdirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.