ELM VƏ TƏHSİL
“Təhsil müəssisələrində reproduktiv sağlamlığın tədrisi” mövzusunda növbəti təlimlər
Bakı, 3 mart, AZƏRTAC
Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, həmçinin “Ümidli Gələcək” Gənclər Təşkilatının birgə layihəsi olan “Təhsil müəssisələrində reproduktiv sağlamlığın tədrisi” mövzusunda növbəti təlimlər keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Mingəçevir, Gəncə və Şəki şəhərlərində keçirilən təlimlərin məqsədi orta ümumtəhsil müəssisələrində biologiya və həyat bilgisi fənnini tədris edən müəllimlərin zərərli vərdişlərdən qorunma, sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı səriştə və kompetensiyalarının artırılmasıdır.
Müəllimlər insanın bioloji və psixososial inkişafı, yeniyetmələrin riskli davranışlarının səbəbi və onu tənzimləmə mexanizmləri, təhlükəsiz məktəb mühitinin xüsusiyyətləri və bu kimi digər məsələlər barədə mütəxəssislərin mühazirələrini dinləyib, praktik məşğələlərdə iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]