REGİONLAR
Təhsil naziri Beyləqanda vətəndaşları qəbul edib
Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da təhsil naziri Mikayıl Cabbarov Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində Beyləqan, Füzuli, Ağdam və Tərtər rayonlarının sakinlərini qəbul edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, tədris müəssisələrinin maddi-texniki bazalarının yaxşılaşdırılması və digər məsələlərlə əlaqədar müraciət ediblər.
Qəbulda vətəndaşların müraciətləri dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.