CƏMİYYƏT


Təhsil naziri Bilik günü münasibətilə müəllim, şagird və valideynləri təbrik edib

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

Təhsil naziri Mikayıl Cabbarov 15 sentyabr - Bilik günü münasibətilə müəllim, şagird və valideynləri təbrik edib.

Nazir yeni tədris ilinin ən böyük dəyərlərimizdən biri olan – müstəqillik tariximizin 25-ci ilinə təsadüf etdiyini bildirib: “Hər bir xalqın inkişafının ən böyük zirvəsi müstəqil dövlətə malik olmaqdır. Bu tarix həm də müstəqil ölkəmizin maarif, mədəniyyət tarixidir. Ulu öndərimizin sözləri ilə desək, müstəqillik illərində Azərbaycan dünyaya günəş kimi doğdu. Bu tarixdə yüz minlərlə şagird ilk dəfə məktəbə qədəm qoyub, məzun olub, tələbə adını qazanıb, əmək bazarında peşəkar vərdişlərini və ən əsası vətəndaş kimliyini təsdiqləyib.

Bu gün sizin təhsildə əldə etdikləriniz – layiqli vətəndaş mövqeyiniz, milli mənəvi dəyərlər ruhunda yetişməyiniz və qazandığınız peşəkar bilik və bacarıqlar sabahımız üçün möhkəm bünövrədir. Yeni əsrin ən böyük dəyəri biliyini bacarığa çevirə biləcək insandır. O bilik ki, bu gün daha əlyetərlidir, daha nisbidir. Biz bu bilikdən nə qədər pay alarıqsa, o qədər güclü ola bilərik”.

M.Cabbarov vurğulayıb ki, məktəb həyatın özüdür. Bütün çağırışların kökü məktəbdən başlayır. Biz burada böyüyürük, kamilləşirik, şəxsiyyət oluruq. Hamının əsas missiyası bu məkanı daim uca tutmaqdır. Məktəbdə sağlam mühitin qorunub saxlanmasında, tədris nailiyyətlərinin artmasında sizin özünəməxsus yeriniz var. Təhsilin ən dayanıqlı bünövrəsi məktəb-valideyn, məktəb-müəllim, məktəb-şagird üçbucağı olarsa, uğur da davamlı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.