REGİONLAR
Təhsil naziri Qusar şəhərində ölkənin şimal rayonlarında yaşayan vətəndaşları qəbul edəcək
Bakı, 17 sentyabr (AZƏRTAC). Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq təhsil naziri Mikayıl Cabbarov sentyabrın 22-də saat 11.00-da Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Qusar, Quba, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşlar bu qurumun Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebulelektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.