ELM VƏ TƏHSİL


Təhsil naziri Tovuzda vətəndaşları qəbul edib

Bakı, 31 iyul, AZƏRTAC 

İyulun 31-də təhsil naziri Mikayıl Cabbarov Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sakinlərini qəbul edib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl təhsil naziri Mikayıl Cabbarov və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov Heydər Əliyev Mərkəzində ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Qəbulda müəllimlərin yerdəyişməsi və işə qəbulu, direktorların işə qəbulu digər məsələlərlə əlaqədar vətəndaşların müraciətlərinə baxılıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq struktur bölmələrinə və yerli təhsili idarəetmə qurumlarına tapşırıqlar verilib, əksər məsələlər isə yerindəcə həllini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.