CƏMİYYƏT


Təhsil naziri Yay Olimpiya və Paralimpiya Oyunlarında uğur qazanmış idmançılarla görüşüb

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən idman məktəblərinin yetirmələri olan “Rio-2016” Yay Olimpiya və Paralimpiya Oyunlarında uğur qazanmış idmançılarla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş iştirakçılarını təbrik edən M.Cabbarov XXXI Yay Olimpiya Oyunlarının Azərbaycan olimpiya yığması üçün uğurlu olduğunu bildirib. “Rio-2016”da Azərbaycan komandası bir qızıl, yeddi gümüş və on bürünc olmaqla, ümumilikdə 18 medal qazanıb. Həmçinin XV Yay Paralimpiya Oyunlarında Azərbaycan yığması bir qızıl, səkkiz gümüş və iki bürünc medal qazanıb.

Qeyd olunub ki, ölkəmizin idman şərəfini layiqincə təmsil edərək bu oyunlarda ən yüksək nailiyyət qazanmış idmançılardan üçü Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirməsidir. Mikayıl Cabbarov son 13 il ərzində ölkəmizdə üç mindən artıq məktəbin tikildiyini və bu məktəblərdə yaradılan idman infrastrukturundan səmərəli istifadənin əsas məqsədlərdən biri olduğunu vurğulayıb.

Görüşdə iştirak edən “Rio-2016 “Yay Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçıları, “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının yetirməsi Toğrul Əsgərov, Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Hacı Əliyev, “Rio-2016” Paralimpiya Oyunlarının qızıl mükafatçısı, Gəncə şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Ramil Qasımov dəvət üçün minnətdarlıqlarını bildiriblər. İdmançılar daha böyük uğurlara imza atmaq üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, əllərindən gələni edəcəklərini vurğulayıblar.

Görüşün sonunda təhsil naziri idmançılara təşəkkürnamə və hədiyyələr təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.