ELM VƏ TƏHSİL
Təhsil naziri Zaqatala şəhərində vətəndaşları qəbul edəcək
Bakı, 28 iyul, AZƏRTAC
Təhsil naziri Mikayıl Cabbarov avqustun 1-də saat 11.00-da Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayonlarının sakinlərini qəbul edəcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Müvafiq qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.