ELM VƏ TƏHSİL
Təhsil naziri məzunları təbrik edib
Bakı, 14 iyun, AZƏRTAC
Təhsil naziri Mikayıl Cabbarov respublikanın ümumtəhsil məktəblərinin məzunlarını təbrik edib.
Təbrikdə deyilir: “Siz həyatınızın yeni mərhələsinə qədəm qoyursunuz. Qarşınızda açılacaq yollar arzularınızdan və cəhdlərinizdən asılı olacaq. Bu yolu inamla getmək üçün əsas keyfiyyət gələcəyiniz naminə əzmkar əmək, ailəniz və yaxınlarınız qarşısında məsuliyyət hissi və yurdumuza olan sevgi və sadiqlikdir. Dünyanın inkişaf sürəti sizlər üçün yeni imkanlar yaradır. Əminəm ki, siz bu imkanları gerçəkliyə çevirməklə Azərbaycanın adını daha da yüksəldəcəksiniz. Bu missiya üçün həmişə öndə olmalısınız. Yeni zirvələri fəth etməkdə hər birinizə uğurlar diləyirəm. Yolunuz açıq olsun”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]