ELM VƏ TƏHSİL


Təhsil naziri məzunlarla görüşüb

Bakı, 14 iyun, P.İmanova, AZƏRTAC

İyunun 14-də təhsil naziri Mikayıl Cabbarov 6 nömrəli məktəb-liseydə Bakı məktəblərinin təhsildə müvəffəqiyyətləri ilə fərqlənən məzunları ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə respublika və beynəlxalq fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların qalibləri, müəllim və direktorlar iştirak ediblər.

Məzunları təbrik edən M.Cabbarov müasir dünyada gənclərin intellektual, savadlı yetişməsində bilik və savadın üstünlüklərindən söz açıb.

Təhsil naziri Azərbaycanın gələcəyi olan gənclərə biliklərini artırmağı, dil bacarıqları və informasiya texnologiyaları sahəsində savadlarını zənginləşdirməyi, müxtəlif sahələrdə müasir çağırışlara cavab verməyi, təşəbbüskar olmağı tövsiyə edib.

M.Cabbarov dövlətimizin yüksək inkişafı naminə həyata keçirilən müxtəlif tədbirlərdə və beynəlxalq yarışlarda gənclərimizin ölkəmizi uğurla təmsil edəcəklərinə əminliyini bildirib, məzunlara xoş arzularını çatdırıb.

Son illər dövlətimizin başçısının rəhbərliyi ilə təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan təhsil naziri respublika fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların daha yaxşı təşkili üçün görülən məqsədyönlü işləri və qazanılan uğurları qeyd edib.

M.Cabbarov məzunların gələcək planları ilə tanış olub, suallarını cavablandırıb.

Sonda məzunlara təşəkkürnamələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.