İQTİSADİYYAT


Təhsil sahəsində informatikanın tətbiqi müasir dövrün zərurətidir

A+ A

Bakı, 2 dekabr, AZƏRTAC

Təhsil sahəsində informatikanın tətbiqi müasir dövrün zərurətidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakutel-2016” sərgisi çərçivəsində keçirilən "İnformatika təhsili: Bakı 2019 və daha sonra" mövzusunda 3-cü Açıq Panel Müzakirəsində Yeni Bolqar Universiteti İnformatika bölməsinin professoru, Beynəlxalq İnformatika Olimpiadasının prezidenti Krasimir Manev deyib.

Onun sözlərinə görə, informatika təhsili əslində ibtidai siniflərdən başlanmalıdır. Çünki müasir dövrdə informatika ilə yüksək texnologiya bir-birinin ayrılmaz hissəsidir.

K.Manev bildirib ki, adətən gənclər bu sahəyə daha çox üstünlük verirlər. İnformatika üzrə olimpiada və müsabiqələrdə onların böyük həvəslə iştirakı da bunun bariz göstəricisidir.

Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə bu günün informatikasından bəhs edərək, respublikada bu istiqamətdə görülən işlərdən, eləcə də problemlərdən danışıb.

Tədbirdə çıxış edən informatika mütəxəssislərinin "Məktəb informatikası: Bu gün və sabah", "Proqramlaşdırma yazıları və peşəkar kimlik", Şirkətlər informatika təhsilinə niyə və necə dəstək verməlidir" və digər mövzularda məruzələri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.