ELM VƏ TƏHSİL


Təhsildə keyfiyyətin təminatı ilə bağlı müzakirələr aparılıb

Bakı, 2 fevral, AZƏRTAC 

Təhsil İnstitutunun təşkilatçılığı ilə Avropa İttifaqının TAIEX proqramı çərçivəsində “Məktəb özünüqiymətləndirmə və təhsildə keyfiyyətin təminatı” mövzusunda seminar keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, məktəb direktorları, ayrı-ayrı bölgələrdən olan təhsil menecerləri, təhsil üzrə beynəlxalq mütəxəssislər - Böyük Britaniyadan Donald Rolls, Niderland Krallığından Con Vierda, Maltadan Şarlot Kassar iştirak ediblər.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, seminarın keçirilməsinin məqsədi məktəblərdə keyfiyyət təminatını, məktəb özünüqiymətləndirmə sistemini və prosesini müzakirə etmək, uğurlu təcrübəni bölüşmək idi.

Beynəlxalq mütəxəssislərlə birgə məktəb özünüqiymətləndirmənin əsas sahəsi kimi liderlik və idarəetmə, tədris və öyrənmə, keyfiyyət təminatı və nəzarət məsələləri ətrafında fikir mübadiləsi olub. Məktəb rəhbərləri və müəllimlərin peşə standartları, onların qiymətləndirilməsi alətləri, məktəbin inkişaf planının hazırlanması, yoxlama prosesi, məlumatların toplanması və digər müxtəlif mövzular üzrə işçi qruplarda müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.