DÜNYA


Təklif: Avropanın bütün şəhər mərkəzləri pulsuz internetlə təmin edilsin

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Avropa Komissiyası 2020-ci ilədək Avropanın bütün şəhər mərkəzlərində pulsuz internet quraşdırmaq, 2025-ci ilədək isə Avropa İttifaqının bütün ərazisini G5 nəsil rabitə ilə təmin etmək təklifini irəli sürüb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu təklifi komissiyanın sədri Jan-Klod Yunker Avropa parlamentinin Strasburqda keçirilən plenar sessiyasındakı illik nitqində səsləndirib.

O, qeyd edib ki, “biz rabitəyə malik olmalıyıq, bizim iqtisadiyyatımızın və xalqın buna ehtiyacı var”. Buna görə də komissiya Avropa kommunikasiya bazarında islahatlar aparmağı təklif edir. Komissiya sədrinin fikrincə, avropalılar yeni şəbəkə və xidmətlərə investisiya qoysalar, bu, növbəti onillikdə minimum 1,3 milyon yeni iş yeri yaratmağa imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.