DÜNYA
Təl-Əviv: çoxmərtəbəli binanın dağıntıları altında 20-dək insan qalıb VİDEO
Bakı, 5 sentyabr, AZƏRTAC
İsrailin Təl-Əviv şəhərində qaldırıcı kranın tikilməkdə olan çoxmərtəbəli avtomobil dayanacağının üstünə aşması nəticəsində onlarla insan xəsarət alıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, insident nəticəsində azı 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 20 nəfərə qədər insanın isə dağıntılar altında qaldığı bildirilir.
Hadisənin baş verdiyi ərazi polis tərəfindən mühafizə altına alınıb, yaralılar yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıb. Hazırda axtarış-xilasetmə işləri davam edir, dağılan binanın yaxınlığında təcili tibbi yardım maşınları növbə çəkir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]
ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]