SİYASƏT
Tələbə Gilad Palley: Azərbaycanda şahidi olduğum multikultural mühit məndə dərin təəssürat yaratdı
Bakı, 7 dekabr, Əsəd Məmmədov, AZƏRTAC
Xəbər verdiyimiz kimi, ABŞ-ın aparıcı ali məktəblərinin 45 tələbə və doktorantı Azərbaycanda səfərdədir.
Tələbələrdən biri Gilad Palley AZƏRTAC-a müsahibəsində ölkəmizə səfərindən, burada gördüyü qonaqpərvərlikdən, inkişaf proseslərindən məmnun qaldığını bildirib.
Tələbə Azərbaycanda şahidi olduğu multikultural mühitin onda dərin təəssürat yaratdığını vurğulayıb. Gilad Palley bildirib ki, Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələrinin birgə mehriban şəraitdə yaşaması olduqca təqdirəlayiqdir. Qonaq Azərbaycana yenidən gəlmək arzusunda olduğunu ifadə edib.