ELM VƏ TƏHSİL
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası KİV nümayəndələri üçün müsabiqə elan edir
Bakı, 29 may, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illiyi münasibətilə KİV nümayəndələri arasında Komissiyanın fəaliyyətinə həsr olunmuş ən yaxşı məqalə və ən yaxşı televiziya süjeti müsabiqəsini keçirir.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, müsabiqə 2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə dair ən yaxşı məqalə, 2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə dair ən yaxşı televiziya reportajı nominasiyaları üzrə aparılır.
Müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2015-ci il iyulun 10-dək yazılı və ya elektron KİV-lərdə dərc olunmuş (yerləşdirilmiş) məqaləsini, televiziya və ya radioda yayımlanmış materialın videodiskini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidirlər. Həmin məqalədə “müsabiqəyə təqdim olunur” yarımbaşlığı qoyulması əhəmiyyət daşımır.
Qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli yazılara, süjetlərə üstünlük veriləcəkdir. Nominasiyalar üzrə ilk üç yerə layiq görüləcək KİV təmsilçilərinə pul mükafatı təqdim olunacaqdır.
Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~3CD1h.