REGİONLAR


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Lənkəran və Masallıda qəbul imtahanları keçirib

A+ A

Lənkəran, 5 iyul, Bağır Əliyev, AZƏRTAC

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 5-də Lənkəran və Masallıda ali məktəblərin qabiliyyət tələb edən ixtisaslarına (V qrup) və əvvəlki illərin tam orta və ümumi orta təhsil bazalarında kolleclərə qəbul imtahanları keçirib.

AZƏRTAC xəbər verir ki, qəbul imtahanları Lənkəran rayonunda 4 binada - şəhər 2, 4 və 5 nömrəli, Sütəmurdov kənd tam orta məktəblərin, Masallıda - şəhər 1,3,4 nömrəli tam orta məktəblərinin və “Dəfinə” məktəb-liseyin binasında keçirilib. 18 nəfər ümumi imtahan rəhbərinin və 310 nəzarətçi-müəllimin idarə etdiyi qəbul imtahanlarında 3400 abituriyent bilik və bacarığını sınayıb.

Qəbul imtahanlarında iştirak edən abituriyentlərə buraxılış vərəqəsi ilə yanaşı, “Yaddaş kitabçası” da verilib. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılıb.

İmtahanlarda abituriyentlərə hər fəndən 30 test tapşırığı verilib. IX sinif məzunları Azərbaycan dili və riyaziyyatdan, XI sinif məzunları isə Azərbaycan dili, riyaziyyat və xarici dildən imtahan veriblər.

Qəbul imtahanları zamanı heç bir qanun pozuntusu və insident qeydə alınmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.