REGİONLAR


Tələbə adını qazanan bərdəli məzunlar mükafatlandırılıblar

A+ A

Bərdə, 3 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Bərdə rayon mədəniyyət evində bu il respublikanın ali məktəblərinə daxil olan gənclərlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov tələbə adını qazanan gəncləri təbrik edərək, onlara şəxsi həyatlarında və təhsildə uğurlar diləyib, ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, son illərdə bu sahədə əldə edilən uğurlardan danışıblar.

Məlumat verilib ki, 2015-2016-cı tədris ilinin məzunlarından 666 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 402-si tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 51 nəfəri 500-dən, 31 nəfəri isə 600-dən çox bal toplayıb. Xanqaraqoyunlu kənd tam orta məktəbin məzunu Rahib İsmayılov 691 bal toplayaraq, rayon üzrə ən yüksək nəticə göstərib.

Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni isə Zərifə Əliyeva adına məktəb-liseyi göstərib. Bu təhsil ocağını bitirən 97 məzundan 89 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 75-i tələbə adını qazanıb. Qəbul imtahanlarında məktəb-liseyin məzunlarından 10 nəfəri 500 baldan yüksək, 13 nəfəri 600-dən çox bal toplayıb.

Ali məktəblərə qəbul imtahanlarında iştirak edən 131 məzun keçid balı toplayaraq orta ixtisas məktəblərinə qəbul olub.

Tədbirdə çıxış edən gənclər görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, onlar üçün yaradılan şəraitdən lazımınca yararlanaraq, ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.

Sonda yüksək bal toplayan gənclərə hədiyyələr verilib. Tədbir konsert proqramı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.