CƏMİYYƏT
Tələbə elmi konfransında uğurlu tədqiqat işinə görə diplomlar verilib
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universitetində tibbi-profilaktika fakültəsinin 41-ci tələbə-elmi konfransı keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfrans mikrobiologiya və immunologiya, epidemiologiya, yoluxucu xəstəliklər və ftiziatriya, gigiyena və biokimya bölmələri üzrə keçirilib.
Əvvəlcə Tibb Universitetinin tibbi-profilaktika fakültəsinin dekanı, tibb elmləri doktoru Anar Ağayev çıxış edərək tələbələrə uğurlar arzulayıb. Konfransda mikrobiologiya və immunologiya, epidemiologiya, yoluxucu xəstəliklər və ftiziatriya bölməsində 7, biokimya bölməsində 7, gigiyena bölməsində 10 məruzə təqdim edilib.
Elmi konfransın sonunda uğurlu tədqiqat işinin müəllifi olan tələbələrə diplom və sertifikatlar verilib.
Tələbə Elmi Cəmiyyətinin işində yaxından iştirak edən və onlara rəhbərlik edən müəllimlər də diplomlara layiq görülüblər.