CƏMİYYƏT


Tələbə gənclərin ADA Universitetinə tanışlıq səfəri təşkil edilib

A+ A

Bakı, 29 oktyabr, AZƏRTAC

Tələbə gənclərin bir qrupunun ADA Universitetinə tanışlıq səfəri təşkil olunub. Tədbir ADA Universitetinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşəbbüsü ilə baş tutub.

ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin magistratura pilləsinin dekan və tələbələri, professor-müəllim heyəti, tələbə qəbulu şöbəsinin kollektivi, ATGTİ-nin nümayəndələri və müxtəlif təhsil müəssisələrinin üçüncü və dördüncü kurslarında oxuyan 300-dək tələbə iştirak edib.

İki növbədə keçirilən görüşdə iştirak edən tələbələrə ADA Universitetinin magistratura pilləsində təhsillə bağlı ətraflı məlumat verilib.

Sonra tələbələr universitetin inzibati binasında, sinif otaqlarında, kitabxanasında yaradılan şəraitlə yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.