CƏMİYYƏT


Tələbə gənclərin Olimpiya çempionu Zemfira Meftahətdinova ilə görüşü olub

A+ A

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında Olimpiya çempionu, ikiqat dünya, üçqat Avropa çempionu Zemfira Meftahətdinova ilə tələbə gənclərin görüşü keçirilib.

ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, qurumun departament rəhbəri Ləman Cavadova gənclərin idmana marağının artırılması baxımından belə görüşlərin ənənəvi hal aldığını bildirib.

Olimpiya çempionu Z.Meftahətdinova gənclərə idmana gəlişi, karyerası ərzində qazandığı uğurlardan danışıb, təcrübələrini bölüşüb, onların suallarını cavablandırıb.

Sonda gənclərə tövsiyələrini verən Olimpiya çempion ATGTİ-nin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.