MƏDƏNİYYƏT


Tələbə xoru – “Azərbaycan dünyam mənim”

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan Milli Konservatoriyasında (AMK) tələbə xorunun “Azərbaycan dünyam mənim” adlı konserti olub.

AZƏRTAC xəbər verir ki, konsert tələbə xorunun dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.

AMK-nın müəllimi Təranə Yusivonanın rəhbərliyi ilə təqdim olunan musiqi proqramında Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndirilib. Konsertdə həmçinin AMK-nın müəllimi Solmaz Həyatova konsertmeyster kimi tələbə xorunu fortepianoda müşayiət edib.

Sonda çıxış edən konservatoriyanın rektoru, Xalq Artisti Siyavuş Kərimi xorun həyatımızda, xüsusilə musiqidə böyük rolu olduğunu diqqətə çatdırıb. Bildirib ki, xor bir sırada dayanmaq və eyni mədəniyyəti bir olaraq təqdim etmək deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.