İQTİSADİYYAT


Tələbələr “FINCA Azerbaijan”da yay təcrübə proqramında iştirak edib

A+ A

Bakı, 24 avqust, AZƏRTAC

Tələbələr “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatında təşkil olunan yay təcrübə proqramında iştirak edib.

Təşkilatdan AZƏRTAC-a verilən məlumata görə, müxtəlif universitetlərdən olan 5 nəfər tələbə təşkilatın baş ofisində 1 ay müddətinə təcrübə keçərək şirkətin real iş mühiti ilə yaxından tanış olub və bir sıra yeni vərdişlərə yiyələnib.

Yay təcrübə proqramının yekunu olaraq tələbələrə tövsiyə məktubları təqdim olunub.

“FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Timoti Tarrant təqdimat mərasimində iştirak edərək tələbələrə bu proqrama qoşulduqları üçün təşəkkür edib və onlara gələcək işlərində uğurlar arzulayıb.

Yay təcrübə proqramı Mərkəzi Bankın “Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı layihəsi çərçivəsində təşkil olunub. Bu layihədə bir sıra bank-maliyyə qurumları iştirak edir.

Layihə çərçivəsində müxtəlif mövzularda təlimlər təşkil olunur və layihənin iştirakçısı olan maliyyə qurumlarına tədris səfərləri həyata keçirilir. Təlimlərin sonunda keçirilən test imtahanında uğurlu nəticə nümayiş etdirən tələbələr 1 aylıq təcrübə proqramına cəlb olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.