CƏMİYYƏT
Tələbələr Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalat təcrübəsində olublar
Bakı, 28 avqust, AZƏRTAC
M.Lоmоnosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsinin 13 tələbəsi Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalat təcrübəsi keçib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, tələbələr təhlükəsizlik texnikası qaydaları ilə təlimatlandırılıqdan sonra professor, kimya elmləri doktoru Boqdan Lazoryak və zavodun təcrübə rəhbərlərinin müşayiəti ilə müəssisənin əsas texnoloji qurğularında istehsalat prosesləri ilə yaxından tanış olublar. Onlar avtomatik idarəetmə sistemi və avadanlıqların iş prinsipləri haqqında məlumatlar əldə ediblər.
Tələbələrin istehsalat təcrübəsinin yekunu olaraq zаvodda müəllim və mütəxəssislərin iştirakı ilə təqdimat keçirilib. Həmçinin müəssisənin inkişaf tarixi və yaxın gələcəkdə texnoloji qurğuların yenidən qurulması, modernləşdirilməsi, müasir qurğuların inşası haqda geniş məlumat verilib.
Sonda istehsalat təcrübəsinin yekunlarına dair tələbələrin məruzələri dinlənilib.