REGİONLAR


Tələbələr Mülki Müdafiə Alayının əsgər və zabitləri ilə görüşüblər

A+ A

Naxçıvan, 14 oktyabr, Tural Kəngərli, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Tibb Kollecinin tələbələrindən ibarət bir qrup gəncin əsgər və zabitlərlə görüşü təşkil olunub.

AZƏRTAC xəbər verir ki, görüş Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilib.

Görüşdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının komandiri, polkovnik İspəndiyar Əhmədov gəncləri salamlayaraq Alayın yaranma tarixi və strukturu barədə məlumat verib. Bildirib ki, tədbirin keçirilməsində məqsəd əsgərlərdə ruh yüksəkliyinin artırılması, onlarda vətənpərvərlik hissinin gücləndirilməsi, çağırışyaşlı gənclərin hərbi xidmətə hazırlanması, gənclərin Vətənə sevgi, dövlətə və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmasından ibarətdir.

Sonra Mülki Müdafiə Qoşunlarının maneələr zolağında, təlim şəhərciyində, minalanmış zonada, yanğınsöndürmə zonasında və xüsusi təlim görmüş xilasedici itlərin də iştirak etdiyi qəzavəziyyətli sahədə təlimlər nümayiş etdirilib.

Daha sonra gənclər əsgərlərlə birgə nahar edib.

Görüş çərçivəsində Naxçıvan Şəhər Mədəniyyət Evinin “Şəlalə” İnstrumental Ansamblının konsert proqramı təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.