ELM VƏ TƏHSİL


Tələbələr SOCAR Fuqro MMC-də yay təcrübəsində  iştirak üçün imtahan veriblər

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) birinci və ikinci məzun və karyera sərgisində SOCAR Fuqro MMC tərəfindən seçilən tələbələrin imtahanı keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin Məzun və Karyera Mərkəzi ilə SOCAR Fuqro MMC-nin birgə təşkil etdiyi yay təcrübəsində iştirak üçün ümumilikdə 127 tələbə imtahan verib. Onlar 90 dəqiqə davam edən imtahanda ingilis dili, məntiq və ixtisas üzrə sualları cavablandırıblar.

İmtahan mərhələsindən uğurla keçən tələbələr daha sonra müsahibədə iştirak edəcəklər. Bütün mərhələlərdən müvəffəqiyyətlə keçən doqquz tələbə SOCAR Fuqro MMC-də yay təcrübə proqramında iştirak hüququ qazanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.