İQTİSADİYYAT


Tələbələr "Excelsior Hotel Baku" otelində peşəkar tədris proqramında iştirak edirlər

A+ A

Bakı, 27 iyul, AZƏRTAC

"Excelsior Hotel Baku" otelində tələbələr üçün peşəkar tədris proqramı davam edir.

"AtaHolding" ASC-dən AZƏRTAC-a bildiriblər ki, otelin insan resursları departamenti tərəfindən tələbələrin təcrübə toplaması üçün hazırlanmış proqramda Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri, kulinar və aşpaz hazırlayan texniki-peşə məktəblərinin şagirdləri iştirak edirlər. Pulsuz öyrədici proqram 6 ay üçün nəzərdə tutulub və sonda müvafiq sertifikat verilir.

Otelin insan resursları departamentinin meneceri Kamran Rzayev qeyd edib ki, bu il 25 tələbə aprelin 15-dən sentyabrın 15-dək oteldə insan resursları, müştəri xidməti, marketinq və satış departamentlərində təcrübə keçir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.