İDMAN


Tələbələr arasında basketbol üzrə respublika birinciliyinin qalibi müəyyənləşib

A+ A

Bakı, 5 dekabr, AZƏRTAC

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında respublika birinciliyi davam edir.

AZƏRTAC xəbər verir ki, təqvim planına şahmat, dama, stolüstü tennis, voleybol və basketbol daxildir.

Oğlanlar arasında basketbol yarışı Bakı 2 nömrəli Baza Tibb Kollecinin idman zalında keçirilib.

Bütün rəqiblərindən üstün olan Azərbaycan Dövlət Pedaqoji Kollecinin kollektivi qalib adını qazanıb. Bakı 2 nömrəli Baza Tibb Kollecinin təmsilçiləri ikinci, Bakı Qida Sənayesi Kollecinin yetirmələri isə üçüncü olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.