İDMAN
Tələbələr arasında peyntbol-tir yarışı keçirilib
Bakı, 5 mart, AZƏRTAC
5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Müdafiə Nazirliyinin tədris müəssisələrinin dəstəyi ilə peyntbol-tir yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində Müdafiə Nazirliyinin polkovniki Nazim Əlibəyov, Azərbaycan Peyntbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Əli Hüseynli, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Aydın Məmmədov, BŞGİBİ-nin rəisi müavini Rəşad Əliyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Prezident təqaüdçüləri qrupunun rəhbəri Təbriz Raufoğlu çıxış ediblər.
Yarışda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alan prezident təqaüdçüləri iştirak edib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, yarış Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyası və Azərbaycan Peyntbol Federasiyasının birgə əməkdaşlığı ilə keçirilib.