İDMAN


Tələbələr arasında şahmat üzrə respublika birinciliyinin qalibləri müəyyənləşib

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC 

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında respublika birinciliyi davam edir.

AZƏRTAC xəbər verir ki, təqvim planına şahmat, dama, stolüstü tennis, voleybol və basketbol daxildir.

Qızlar və oğlanlar arasında şahmat üzrə yarışlar Azərbaycan Dövlət Pedaqoji Kollecinin idman zalında keçirilib. Altı komandanın mübarizə apardığı qızların yarışında fəxri kürsünün ən yüksək pilləsinə Bakı 2 nömrəli Baza Tibb Kollecinin komandası qalxıb. Bakı İdarəetmə və Texnologiya Kollecinin təmsilçiləri ikinci, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yetirmələri isə üçüncü olublar.

Oğlanların yarışında 7 komanda iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda qızıl medala Azərbaycan Pedaqoji Kollecinin şahmatçıları layiq görülüblər. İkinci və üçüncü pillələrdə Bakı Neft və Energetika Kolleci və Bakı İdarəetmə və Texnologiya Kollecinin komandaları qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.