ELM VƏ TƏHSİL


Tələbələr arasında şahmat və dama yarışlarının qalibləri mükafatlandırılıblar

Bakı, 11 may, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən fakültələrarası şahmat və dama yarışları keçirilib.

ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, yarışlar bu ali təhsil ocağının tələbə gənclər təşkilatının, universitet üzrə YAP gənclər birliyinin və tələbə həmkarlar ittifaqı komitəsinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən, beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Gülşən Əliyeva yarış iştirakçılarına uğurlar arzulayıb.

Şahmat yarışı üzrə ADMİU-nun musiqi sənəti fakültəsinin birinci kurs tələbəsi Vəfa Mustafayeva, dama yarışı üzrə isə kulturologiya fakültəsinin tələbəsi Turan Qarayev qalib gəliblər.

Qaliblər mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.