ELM VƏ TƏHSİL


Tələbələr ingilis dilində tələffüz bacarıqlarını nümayiş etdiriblər

Bakı, 24 may, AZƏRTAC 

Mayın 24-də Azərbaycan Dillər Universitetində (ADU) təhsil fakültəsinin I kurs tələbələri arasında “Ən yaxşı tələffüz uğrunda” müsabiqəsi keçirilib. Müsabiqə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və ADU-nun yaranmasının 80 illiyinə həsr edilib.

Bu barədə AZƏRTAC-a universitetdən bildirilib.

Müsabiqədə Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 23 tələbə iştirak edib. Tələbələr ingilis dilində tələffüz bacarıqlarını nümayiş etdiriblər. Münsiflər heyəti müsabiqə iştirakçılarının tələffüzdetmə bacarıqlarını qiymətləndirib. Qaliblər diplomla, digər iştirakçılar isə sertifikatla təltif olunublar.

Universitetin ingilis dilinin fonetikası kafedrasının təşkilatçılığı ilə keçirilən müsabiqədə Azərbaycan bölməsi üzrə Viktoriya Allahverdiyeva, rus bölməsi üzrə isə Aynur Əlizadə qalib seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.