ELM VƏ TƏHSİL
Tələbələr şirkətdə işə qəbul prosesi ilə tanış olublar
Bakı, 26 noyabr, AZƏRTAC
“Azərsun Holdinq” şirkəti Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbələri üçün növbəti “Açıq qapı” günləri keçirib.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin Karyera Mərkəzinin əməkdaşları, universitetin sonuncu kurs tələbələri və magistrantları iştirak ediblər.
Şirkətin nümayəndələri tələbələrə işə qəbul prosesi və əməkdaşların performans dəyərləndirilməsi mövzusunda geniş məlumatlar verib və onları maraqlandıran sualları cavablandırıblar.
İştirakçılar növbəti həftə IQ testlərdən keçmək üçün şirkətə dəvət ediləcəklər. IQ nəticəsinə görə ən yüksək göstərici əldə edən 10 tələbə müsahibəyə dəvət olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:41]
BMU-da tələbələr üçün “Karyera günü”
- 25.04.2024 [16:28]
Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb
- 25.04.2024 [15:27]
BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir
- 25.04.2024 [14:44]
AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb
- 25.04.2024 [14:38]
AzTU-da gənc alimlər üçün seminar keçirilib
- 25.04.2024 [14:23]
“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar
- 25.04.2024 [13:45]