CƏMİYYƏT


Tələbələrə narkomaniya və onun zərərləri barədə məlumat verilib

A+ A

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Azərbaycan Dillər Universitetində (ADU) “Narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə neqativ təsirləri və yaratdığı sosial problemlər” mövzusunda tədbir keçirilib.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis polkovnik-leytenantı E.Məmmədli dövrümüzün müasir sosial bəlasına çevrilmiş, cəmiyyətin məhvinə yönələn narkomaniyanın ağır fəsadlarından danışıb.

Regional Psixologiya Mərkəzinin psixoloqu M.Qafarova tədbirin tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırmaq baxımından çox faydalı olduğunu bildirib. O. həmçinin insanların psixoloji durumunun, fiziki sağlamlığının bu bəla ilə mübarizədə əhəmiyyətli rolunu qeyd edib.

Səhiyyə Nazirliyinin nümayəndəsi, həkim-metodist Ş.Mirzəzadə narkomaniyanın insanların səhhətində, gündəlik həyat və iş fəaliyyətində ağır fəsadlar törətdiyini vurğulayıb. O, narkotik maddə qəbul edən insanın psixoloji durumunun pisləşdiyini, bir çox orqanlarının zədələndiyini, QİÇS kimi ölümcül xəstəliyin məhz narkotik maddənin mütəmadi qəbulu nəticəsində yarana biləcəyini iştirakçıların diqqətinə çatdırıb.

Çıxış edənlər tələbələri sağlam həyat tərzi sürməyə, asudə vaxtlarını səmərəli keçirməyə səsləyiblər.

Sonra tələbələrin sualları cavablandırılıb, zərərli vərdişlərin insan sağlamlığına vurduğu fəsadlardan bəhs edən məlumatlandırıcı bukletlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.