ELM VƏ TƏHSİL
Tələbələrə xaricdə təhsillə bağlı məlumat verilib
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Xaricdə təhsil məlumat günü” mövzusunda tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Almaniyanın DAAD proqramının Bakı ofisinin, Türkiyə, Koreya Respublikası, Böyük Britaniya, Macarıstan, İsveçrə, ABŞ və Norveç səfirliklərinin nümayəndələri ölkələrindəki ali təhsil ocaqları, təhsil proqramları, universitetlərə daxil olma qaydaları, əcnəbi tələbələr üçün təklif olunan ixtisaslar və eləcə də yaradılan şərait haqqında tələbələrə ətraflı məlumat veriblər. Hər bir səfirlik nümayəndəsi və təhsil işləri üzrə mütəxəssis tələbələr üçün daha fərqli fürsətlər təqdim etmək və öz ölkələri haqqında ətraflı məlumat vermək üçün təqdimatla çıxış ediblər.
Sonra təhsillərini xaricdə davam etdirmək istəyən tələbələrin sualları cavablandırılıb.