MƏDƏNİYYƏT
Tələbələrimiz Şanxayda Azərbaycan mədəniyyətini təbliğ edirlər
Şanxay, 29 noyabr, AZƏRTAC
Şanxaydakı Şərqi Çin Pedaqoji Universitetində tələbələrin ənənəvi beynəlxalq mədəniyyət festivalı keçirilib.
Çin universitetlərində təhsil alan 36 ölkənin, o cümlədən Azərbaycanın nümayəndələri öz xalqlarının mədəniyyətini nümayiş etdirmək imkanı qazanıb.
İki gün davam edən festival zamanı tələbələrimiz Azərbaycanın zəngin mədəniyyətinə, qədim tarixinə və turizm potensialına dair materiallar – kitablar, broşürlər, şəkillər, suvenirlər nümayiş etdiriblər. Onlar pavilyonumuzu ziyarət edənlərə ölkəmizin son illər müxtəlif sahələrdə qazandığı nailiyyətlər haqqında məlumat veriblər. Bundan başqa, milli rəqslərimiz ifa olunub, mətbəximizin ləziz nümunələri təklif edilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Şanxay