ELM VƏ TƏHSİL


Tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq

A+ A

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 9-da “BİR” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Gününə həsr olunmuş Azərbaycan Tələbə-Könüllülərinin ikinci Forumu keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbir ötən il təşkil olunmuş birinci forumun nəticələrinə, görülmüş işlərə və qarşıya qoyulan yeni məqsədlərə həsr edilib.

Forumda könüllülük hərəkatının inkişafı və tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq.

Nazirliyin “BİR” Tələbə-Könüllü Proqramı tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Proqram tələbələrə yeni dostlar qazanmağa, tələbəlik həyatını rəngarəng və faydalı keçirməyə, onların ictimai həyatda inkişafına imkan yaradır.

Ölkəmizin altı regionunda, 17 təhsil müəssisəsində təmsil olunan yeddi mindən artıq könüllü 63 müxtəlif səviyyəli tədbirdə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.