ELM VƏ TƏHSİL


Tələbələrin yaradıcılığı yüksək qiymətləndirilib

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 2-də Azərbaycan Dillər Universitetində (ADU) “Şeir çələngi” mövzusunda tədbir keçirilib.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə tələbələr müəllifləri olduqları “Son görüş”, “Bitməyən sevgi”, “Sən mənim kədərli sevgi payımsan”, “Eşq cənnətdir” və digər sevgi şeirlərini səsləndirib, eyni zamanda, mahnılar ifa ediblər.

Tələbələrin şeirlərini bəyəndiklərini söyləyən Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri Qəşəm Nəcəfzadə, Nuranə Nur və Balayar Sadiq onların yaradıcılıq qabiliyyətlərinin yüksək səviyyədə olduğunu bildiriblər. Onlar gənclərə gələcəkdə ədəbi fəaliyyət sahəsində də məşğul olmağı tövsiyə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.