CƏMİYYƏT


Telefon və siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 21 aprel, AZƏRTAC

Telefon və siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Qaz-3110” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobildəki dərman qutusunun içərisindən gömrük orqanına bəyan edilməyən 5 ədəd “Samsung Galaxy J3” markalı mobil telefon, mobil telefonlara aid 5 ədəd qutu, nəqliyyat vasitəsinin salonundan 5 ədəd qidalandırıcı başlıq və 5 ədəd USB kabeli, yük yerindən isə gömrük nəzarətindən gizlədilən 400 ədəd “Marlboro” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.