Telegraph: ABŞ Şimali Koreyaya zərbə endirmək üçün plan hazırlayır
Bakı, 21 dekabr, AZƏRTAC
Birləşmiş Ştatlar KXDR-in raket-nüvə proqramını dayandırmaq məqsədi ilə bu ölkəyə zərbə planı hazırlayır. Bu barədə dekabrın 20-də “The Daily Telegraph” qəzeti məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, nəşrin məlumatına görə, diplomatiyanın lazımi effekt verməyəcəyindən ehtiyatlanan Ağ ev son aylar Koreya yarımadasında nüvə probleminin hərbi yolla həlli üçün hazırlıqları xeyli sürətləndirib. Qəzetin məlumatına əsasən, hərbi ssenari variantlarından biri Pxenyanın növbəti raket sınağından öncə start meydançasının məhv edilməsidir. Həmçinin silah anbarları da prioritet hədəflər arasında ola bilər. “Pentaqon Şimali Koreyanın hərbi infrastrukturuna effektiv zərbə vurmaq, bu məsələdə ciddi olduqlarını onların diqqətinə çatdırmaq üçün variantlar tapmağa çalışır”, - deyə ABŞ-ın təhlükəsizlik orqanlarının sabiq nümayəndələrindən biri bildirib.
KXDR ətrafında növbəti gərginlik noyabrın 29-da Pxenyanın yeni raket sınağı keçirdiyi vaxtdan yaranıb. “Hvason-15” tipli yeni raket 53 dəqiqəlik uçuş ərzində 4475 kilometr hündürlüyə qalxıb və 950 kilometr məsafə qət edib. Ekspertlərin fikrincə, prinsip etibarilə yeni ballistik raket 13 min kilometr məsafədəki obyektlərə, yəni bütün ABŞ ərazisinə zərbə endirə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:35]
Qazaxıstanda hərbi islahat planı hazırlanacaq
- 27.09.2026 [17:13]
Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib
- 27.09.2026 [15:57]
SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb
- 27.09.2026 [14:36]
Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur
- 27.09.2026 [13:37]
Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb
- 27.09.2026 [13:34]
Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir
- 27.09.2026 [13:25]