İDMAN


“Telekom” voleybol klubunun 2016/2017-ci il mövsümü üçün heyəti açıqlanıb

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC

Bakının qadın voleybolçulardan ibarət “Telekom” klubu yeni mövsüm üçün heyətini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, komanda baş məşqçi Zoran Qayiç və köməkçisi Vasif Talıbovla işbirliyinə davam edəcək. Məşqçilər korpusunda onlarla birgə Xanlar Ələkbərov (məşqçi), Dord Nahod (seleksiyaçı məşqçi) və Filip Pavçiç (fizioterapevt) yer alacaqlar.

“Telekom”un 2016/2017-ci il mövsümü üçün heyətində toppaylayıcılar - Yana Əzimova (Azərbaycan), Sladyana Mirkoviç (Serbiya), hücumçular - Anastasiya Baydyuk, Yelizaveta Səmədova, Marqarita Əzizova, Anastasiya Bessonova (hamısı Azərbaycan), Yovana Vesoviç (Serbiya), Kseniya İvanoviç (Monteneqro), blokçular - Aleksandra Petroviç (Serbiya), Qabriela Koyeva (Bolqarıstan), Olena Həsənova (Azərbaycan), liberolar - Mariya Filipova (Bolqarıstan) və Ülkər Kərimova (Azərbaycan) yer alıblar.

Qeyd edək ki, “Telekom” yeni mövsümdə Azərbaycan Super Liqası ilə yanaşı, Çempionlar Liqasında da oynayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.