İDMAN


“Telekom” voleybol komandası Azərbaycan Super Liqasında liderliyini davam etdirir

Bakı, 21 yanvar, AZƏRTAC 

Yanvarın 21-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqasının üçüncü dövrəsinə start verilib.

AZƏRTAC xəbər verir ki, “Gənclik” Olimpiya İdman Kompleksində “Telekom” komandası “Azəryol”u qəbul edib.

Çempionlar Liqası yarışlarında ölkəmizi təmsil edən “Telekom” komandası rəqibini 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 21 xalla “Telekom” komandası turnir cədvəlində liderliyini davam etdirir. “Azərreyl” 16 xalla ikinci, “Azəryol” isə 10 xalla üçüncü pillədə qərarlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.