İDMAN


“Telekom” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində ilk oyununu keçirəcək

A+ A

Bakı, 14 dekabr, AZƏRTAC

Bu gün Bakının qadınlardan ibarət “Telekom” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində ilk oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, İtaliyanın “Konegliano” komandası Bakı təmsilçisini Trevizo şəhərində qəbul edəcək. Görüşün baş hakimi belçikalı Arturo di Giacomo olacaq. Ona rusiyalı həmkarı Andrey Zenoviç kömək edəcək.

Görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Bakı təmsilçisi Çempionlar Liqasının “A” qrupunda “Konegliano”, “Modena” (hər ikisi İtaliya) və “Ximik” (Polşa) ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.