İQTİSADİYYAT


Telekommunikasiya sahəsində aparılacaq islahatlar üzrə işçi qrupu yaradılacaq

Bakı, 1 yanvar, AZƏRTAC

Telekommunikasiya sahəsində aparılacaq islahatlar çərçivəsində həyata keçirilməli olan tədbirlər üzrə fəaliyyət planının hazırlanması məqsədilə işçi qrup yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bu, “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb.

Sənəddə qeyd olunub ki, qrup ilk mərhələdə telekommunikasiya sektorunda uğurlu nəticələr əldə etmiş ölkələrin təcrübələrini öyrənəcək. Həmçinin onların Azərbaycanda tətbiqi imkanları və telekommunikasiyanın inkişafı ilə bağlı bütün digər aspektlər daxil olmaqla, genişmiqyaslı araşdırma və təhlillər aparacaq.

Aparılmış araşdırma və təhlillərin nəticəsində 2017-ci ildə qrup Azərbaycanda telekommunikasiya sektorunun inkişafı ilə bağlı çərçivə planını və tənzimləmə funksiyalarını müstəqil tənzimləyici qurumun həyata keçirməsi üçün müvafiq qurumun yaradılmasına dair məsələləri əhatə edən üçillik keçid planı hazırlayacaq. Üçillik keçid dövrü ərzində tənzimləyici qurumun vəzifə və funksiyalarını Rabitə və Yüksək Texnologiyalar Nazirliyi icra edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.