ELM VƏ TƏHSİL
“Televiziyada ədəbi dilin normalarının gözlənilməsi” üzrə aparılan monitorinqlər başa çatıb
Bakı, 21 noyabr, AZƏRTAC
Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun birgə layihəsi olan “Televiziyada ədəbi dilin normalarının gözlənilməsi” üzrə aparılan monitorinqlər başa çatıb.
Monitorinqin nəticələri noyabrın 25-də MTRŞ-də keçiriləcək mətbuat konfransında açıqlanacaq.
Bu barədə AZƏRTAC-a filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü məlumat verib. Bildirilib ki, bu dəfə monitorinqlər xüsusi cədvəllərlə aparılıb, ədəbi dilin normalarının pozulması ayrı-ayrı telekanallar üzrə diaqramlarda öz əksini tapıb.