CƏMİYYƏT


“Təlimçi hazırlığı” proqramına başlanılıb

A+ A

Bakı, 26 avqust, AZƏRTAC

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda UNICEF-in maliyyə və metodiki dəstəyi ilə ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin təlimatlandırılması üçün “Təlimçi hazırlığı” proqramına başlanılıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilən təlim-məşğələlərini məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloq aparır. Təlim 36 akademik saatlıq proqram əsasında 6 gün davam edəcək. Təlimlərdə ölkə üzrə seçilmiş 150 nəfər ali təhsilli müəllimin iştirakı nəzərdə tutulur.

Təlimlərdə iştirak üçün müraciət edən 500 nəfərdən çox ərizəçinin sənədlərinin qoyulmuş meyarlara uyğunluğu təhlil edildikdən sonra 200 müəllim müsahibəyə dəvət olunub. Onlardan artıq 90 nəfəri müsahibə komissiyasının müsbət rəyini alıb və avqustun 25-dən təlimlərə qoşulub.

“Təlimçi hazırlığı” proqramı üçün iştirakçı seçimi müsahibələri davam edir. Növbəti həftə ərzində daha 60 müəllimin yeni qruplarda təlimlərə qoşulması planlaşdırılır. Bu proqramı uğurla başa vuran müdavimlərə təlimçi sertifikatı veriləcək və onlar ölkənin ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin təlimatlandırılmasına cəlb olunacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.