SİYASƏT


Teltower Stadtblatt: IV İslam Həmrəyliyi Oyunlarında rekord iştirakçı sayı

Berlin, 9 iyun, AZƏRTAC 

Almaniyanın “Teltower Stadtblatt” qəzetində IV İslam Həmrəyliyi Oyunlarına dair “Bakıdakı Həmrəylik Oyunlarında rekord iştirakçı sayı” sərlövhəli məqalə dərc edilib.

Məqalədə qeyd olunub ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 54 müsəlman ölkəsindən 3 min atlet iştirak edib ki, bu da əvvəlki oyunlarla müqayisədə rekorddur. Atletlər 270 dəst medal uğrunda mübarizə aparıblar.

İslam Həmrəyliyi Oyunlarının tarixindən bəhs olunan məqalədə bildirilib ki, ilk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilmiş İslamiada beynəlxalq idman aləmində mühüm tədbirlərdən birinə çevrilib.

Yazıda Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat attaşesi Vüqar Qafarovun “Bakı-2017” ilə bağlı aşağıdakı fikirləri oxucuların diqqətinə çatdırılıb: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edib. Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etdi. Ölkəmiz bununla müsəlman dünyasının birliyinə və həmrəyliyinə töhfə verməyə çalışdı. Bu idman tədbirinin keçirilməsi ilə Azərbaycan həm də dünyaya İslamın sülh və həmrəylik dini olmasına dair mühüm mesajlar verdi. Azərbaycan hələ 2015-ci ildə idman tarixində ilk dəfə Avropa Oyunlarını keçirib, bu dəfə isə İslam Oyunlarına ev sahibliyi etdi. Bu, ölkəmizin sivilizasiyalar arasında körpü rolu oynamağa və beynəlxalq aləmdə mədəniyyətlərarası dialoqu təşviq etməyə çalışmasının göstəricisidir”.

Məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: (http://www.stadtblatt-online.de/ueberregional/rekordteilnehmerzahl-bei-spielen-der-solidaritaet-in-baku/)

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.