CƏMİYYƏT


“Təmiz Şəhər” ASC idmançılar üçün tur təşkil edib

A+ A

Bakı, 10 avqust, AZƏRTAC 

“Təmiz Şəhər” ASC idmançılar üçün Balaxanıda yerləşən tullantıların çeşidlənməsi və yandırılması zavodlarına, həmçinin Qala qəsəbəsində yerləşən “Tullantıdan sənətə” muzeyinə tur təşkil edib.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, maarifləndirici səfərdə bu dəfə stolüstü tennisçilər iştirak ediblər. İdmançılar hər iki zavodun iş prosesi ilə yaxından tanış olublar. Onlara məlumat verilib ki, Bakı şəhəri üzrə toplanan bərk məişət tullantılarının bir hissəsi çeşidlənmə zavoduna təhvil verilir. Burada çeşidlənən tullantıların tərkibindəki yararlı metal, şüşə, plastik, kağız və s. materiallar ümumi kütlədən ayrılır və xammal kimi təkrar emal zavodlarına göndərilir. Tullantıların təkrar emala yararlı olmayan hissəsi isə yaxınlıqdakı yandırılma zavoduna göndərilir. Burada yandırılaraq həcmi təxminən 10 dəfə azaldılan tullantılardan elektrik enerjisi alınır. İl ərzində hasil olunan elektrik enerjisi ilə Gəncə şəhərinin əhalisini ilboyu elektrik enerjisi ilə tam təmin etmək mümkündür.

Daha sonra stolüstü tennisçilər Qala qəsəbəsində yerləşən "Tullantıdan sənətə" muzeyinə ekskursiya ediblər. Eksponatlarla tanış olan idmançıların diqqətinə çatdırılıb ki, buradakı sənət əsərləri ötən 4 il ərzində əcnəbi və yerli rəssamlar tərəfindən tullantılardan yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.